Xüsusiləşdirilmiş təhsil imkanları təqdim edən Lənkəran şəhəri 9 nömrəli tam orta məktəb fəaliyyətə başlayıb

Cari tədris ilindən yalnız tam orta təhsil səviyyəsi üzrə xüsusiləşdirilmiş təhsil imkanları təqdim edən Lənkəran şəhəri 9 nömrəli tam orta məktəb fəaliyyətə başlayıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov ilk dərs günü sözügedən məktəbin şagird və müəllim heyəti ilə görüşüb, onlara məktəb seçimində yanılmadıqlarını vurğulayıb və müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, şagirdlərin bilik yollarında atacaqları addımlar müəllimlərin zəhməti ilə yeni uğurlara çevriləcək.
Qeyd edək ki, Lənkəran şəhər Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəb intensivləşdirilmiş proqram və təmayül tədris planlarından istifadə etməklə şagirdlərə səmərəli təhsil imkanları yaratmağı hədəfləyir. Məktəb 5 günlük əsasda saat 09:00-dan 16:00-a kimi tənəffüslər və nahar fasiləsi nəzərdə tutulmaqla fəaliyyət göstərəcək. Günün birinci yarısında şagirdlərin akademik istiqamətləri üzrə proseslər, ikinci yarısında isə öyrədilmiş yeni mövzuların dərinləşdirilməsi, asudə vaxtlarının səmərəli təşkili həyata keçiriləcək. Bununla yanaşı məktəbdə şagirdlərinin yaş xüsusiyyətlərinə uyğun sosial-psixloji mühitin yaradılması, onların emosional və fiziki inkişafları üçün müvafiq məktəbdənkənar fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Paylaş: