Orucluq bayramında “Azəraqrar Tikinti Şirkəti” MMC- dən xeyirxahlıq nümunəsi

Deyirlər ki, xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır.  Xeyirxah olmaq üçün insan ilk növbədə mənən zəngin, böyük ürək sahibi olmalıdır. Elədiyi yaxşılığı ögey – doğmalıq qoymadan, təmənna-minnət gözləmədən, Allah rizasına eləməlidir. Genetik yaddaşın bir qəlpəsi olan xeyirxahlıq qannan, ilikdən, tərbiyəynən süzülüb gəlir.

“Regionpress.az” xəbər verir ki,  Biləsuvar şəhərində aztəminatlı ailənin yaşadığı mənzil qaz təminatı həyata keçirilib. Ailə başcısının sözlərinə görə 15 ildən artıq idi ki, bu mənzildə yaşayırıq. Artan ailə ehtiyacları, səhhətimlə bağlı işləyə bilməməyim qaz sayğacı ilə bağlı ödənişləri etməyə imkan verməyib: “ Sağ olsunlar, Azəraqrar Tikinti Şirkəti” MMC tərəfəindən çətinliyimiz nəzərə alınaraq bütün xərçlər qarşılanaraq, Oruçluq bayramınq mənzilimizin qazla təmin olunub”.

Qeyd edək ki, “Azəraqrar Tikinti Şirkəti” MMC 4 İldir fəaliyyət göstərir. Müəssisə bölgələrdə fərdi evlərin, sənaye obyektlerinin, parniklərin qazlaşdırılmasını, qaz xətlərinin yerinin dəyişdirilməsi həyata keçirir. Şirkətə Şahbaz  və Elmir Meman oğlu Şahbazlı qardaşları rəhbərlik edir.

Paylaş: