Kriminal

18 yaşlı oğlan azyaşlı uşaqla cinsi əlaqədə oldu, videoya çəkdi, sonra… – Kürdəmirdə DƏHŞƏT

Kürdəmir rayonunda məktəbli oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib.
Rayonun kəndlərindən birində 18 yaşlı Mustafa Mehdiyev (ad və soyadlar şərtidir) həmkəndlisi, 13 yaşlı Fərid Babayevlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin şəxsin törətdiyi əməli videolentə alması səbəbindən məsələ seksual zorakılığa məruz qalmış yeniyetmənin valideynlərinə çatıb və onlar polisə müraciət ediblər.
Müraciət əsasında araşdırmalar aparılıb və fakt təsdiqini tapıb. M.Mehdiyev həbs edilərək Gəncə İstintaq Təcridxanasına göndərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə iş başlanılıb. (lent.az)

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close