Kriminal

102 yaşlı kişiyə hökm oxundu – 40 il əvvəlki təcavüz olayına görə

Cənub-şərqi İngiltərənin Bukinqemşir qraflığında maraqlı məhkəmə prosesi keçirilib. 40 il əvvəl törədilən cinayətin üstü açılıb.
Duqlas Xammersli 3 cinayətdə şübhəli bilinir. Keçən əsrin 70-ci illərində yaşı 5-8 arası olan uşaqlara təcavüz etməkdə günahlandırılan 102 yaşlı Duqlas 40 il sonra məhkəmə qarşısında mühakimə olunub.
Hadisədə zərərçəkmiş uşaqlardan birinin valideyni illər keçməsinə baxmayaraq, işin sonuna qədər araşdırılmasını tələb edib.
102 yaşlı Duqlasın yaşı nəzərə alınaraq 2 il müddətinə azadlıqdan məhrub edilib.
Duqlas Böyük Britaniyada ittiham edilən ən yaşlı cinayətkar olaraq qeydə alınıb.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close