Region

Ərdoğanın Bakı səfərinin təxirə salınmasının səbəbi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfərinin təxirə salınmasının səbəbi məlum olub.

Türkiyənin Bakıdakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib ki, səfərin təxirə salınması Ərdoğanın iş qrafikinin sıx olması ilə əlaqədardır.

Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-ə planlaşdırılmışdı.

Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close