Siyasət

“Əliyev-Sarkisyan görüşünün yeri hələ müəyyən edilməyib”

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüş yeri hələ müəyyənləşdirilməyib. AzVision.az xəbər verir, bunu bu gün keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat departamentinin direktor müavini Artyom Kojin deyib.

Kojin vurğulayıb ki, bundan əvvəl “İzvestiya” qəzetində XİN-dəki diplomatik mənbəyə istinadən prezidentlərin Moskvada görüşəcəyi ilə bağlı dərc olunan xəbər həqiqətə uyğun deyil:

“ATƏT-in Minsk qrupu həmsədrlərinin məsləhətləşmələri zamanı dövlət başçılarının növbəti görüşünün ilin sonunadək təşkil olunması təklif edilib”.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close